Tərtər sakininin 15 min manatı oğurlanıb
sizinxeber.az xəbər saytı

Tərtər sakininin 15 min manatı oğurlanıb


Tərtər sakininin 15.580 manatı oğurlanıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib.

“Bu gün Tərtər sakinini də eyni üsulla — “bank kartınıza müdaxilə var, hesabınızda olan vəsaitin qorunması üçün tələb olunan qaydalara uyğun göndərilən kodu təsdiqləyin, zəhmət olmasa…”. Gürcüstan nömrəsi ilə danışıq aparan naməlum şəxsin bütün dediklərini həyata keçirən zərərçəkmiş heç bir etiraz etmədən 15.580 manat pulun onlayn oğurlanmasına “köməyini” əsirgəməyib”.

“Bir daha hər kəsdən xahiş edirik, tövsiyə edirik, bank, hansısa başqa təşkilat, mobil telefon operatorları adından — fərqi yoxdur, kim olursa olsun sizdən göndərilən kodu təsdiqləməyi, əlavə başqa məlumatları istəyirsə verməyin, bloklayın, əmin olun ki, yalandır”, - deyə paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

DİN əhaliyə çağırış edib: Bank kartı kodlarınızı naməlum şəxslərə verməyin
DİN: Bank kart məlumatlarını vermək risklidir - MÜRACİƏT
DİN kibercinayətkarların yeni oğurluq üsulları ilə bağlı xəbərdarlıq edib
DİN çağırış edib: Bank kart kodlarını naməlum şəxslərə verməyin
“Birbank” Ani Ödənişlər Sisteminə qoşulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər