Nardaranda bağ evlərindən 150 min manatlıq oğurluq edilib
sizinxeber.az xəbər saytı

Nardaranda bağ evlərindən 150 min manatlıq oğurluq edilib


Sabunçu rayonu Nardaran qəsəbəsində bağ evlərindən oğurluq edən şübhəli şəxs tutulub.

Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, iki evdən 150000 manat dəyərində qızıl, kameranın yaddaş qurğusu, noutbuk və digər dəyərli əşyaların oğurlanması üzrə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsi müəyyən ediblər. Cinayəti törədən şəxs - əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı Seymur Talıbov saxlanılıb. O, ifadəsində qeyd edilən əməli törətdiyini və qızıl-zinət əşyalarını hissələrə ayıraraq satmağı planlaşdırdığını etiraf edib. Polis əməkdaşları tərəfindən S.Talıbovun oğurladığı əşyaların bir hissəsi gizlədilən yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, S.Talıbovun digər analoji cinayətlərdə iştirakının olub-olmamasını müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Nardaranda evdən 20 min manatlıq oğurluq olub
Bakıda evdən 12 min manatlıq qızıl oğurlanlıb
Bakıda və Sumqayıtda evlərdən oğurluq edənlər saxlanılıb
Bakıda evdən 9 min manat və qızıl oğurlanıb
Bakıda BMW-dən 14 min avro oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle