Bakıda güclü külək avtomobilə və binaya ziyan vurub - FOTO
sizinxeber.az xəbər saytı

Bakıda güclü külək avtomobilə və binaya ziyan vurub - FOTO


Bakıda güclü külək ağacı kökündən qoparıb.

Sizinxeber.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində, Nabat Aşurbəyova küçəsində qeydə alınıb.

Təbii hadisə zamanı iri gövdəli ağac kökündən qoparaq ərazidəki elektrik naqillərinə ziyan vurub.

Aşan ağac həmin küçədə parklanmış vəziyyətdə olan “Hyundai” markalı, 90 HJ 678 dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə düşüb.

Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Həmçinin ərazidəki yaşayış binasının eyvanı da zədələnib.

Oxşar xəbərlər

Güclü külək Qubada ağacı avtomobilin üzərinə aşırıb - FOTO
Güclü külək Xaçmazda fəsadlar törədib - FOTO
Bakıda "Porsche" markalı avtomobil ağır qəza törədib - FOTO
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
Güclü külək Zaqatalada elektrik təsərrüfatına ziyan vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər