İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
sizinxeber.az xəbər saytı

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb


Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 6-da DSX Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin şübhəli hərəkəti müşahidə edilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 5 kiloqram 718 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirməyə cəhd göstərən Ağdaş rayon sakinləri – 1993-cü il təvəllüdlü Baxşəliyev Baxşalı Kamil oğlu və 1996-cı il təvəllüdlü Kərimov İlqar İlham oğlu saxlanılıb.

DSX-dən həmçinin bildirilib ki, mart ayının 25-də sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 22 kiloqram 400 qram narkotik vasitə marixuana və 490 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Oxşar xəbərlər

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, saxlanılan var
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıb
İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 10 kq-dan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər