Bakıda 53 evin qaz sayğacını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
sizinxeber.az xəbər saytı

Bakıda 53 evin qaz sayğacını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb


Bakının Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, paytaxt sakinləri olan 53 nəfər zərərçəkən mənzillərindən qaz sayğaclarının talanması barədə polisə müraciət ediblər. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Abbas Əliyev və Bayram Hüseynov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda adətən gecə saatlarında çıxarışı olan evlərdən qaz sayğaclarını oğurlayaraq çıxarışı olmayan mənzillərin sahiblərinə satıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 

A.Əliyev və B.Hüseynovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar aparılır.

Oxşar xəbərlər

Ağdaşda 20-ə yaxın at oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Sumqayıtda evlərdən 16 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirməkdə şübhəli bilinənlər saxlanılıblar
Abşeronda evdən 130 min dollar oğurlamaqda şübhəli bilinən Çin vətəndaşları saxlanılıb
Bakıda 20-dən çox maşından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle