Polis saxta generalı saxladı
055 213 76 73
Özünü general kimi təqdim edərək, vətəndaşların etibarından sui-istifadə ilə dələduzluq əməllərində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, paytaxt sakini, əvvəllər məhkum olunmuş Babazadə Elvin Firudin oğlu özünü ali rütbəli - (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pul vəsaitlərini ələ keçirib.
Cari ilin aprel-may ayları ərzində ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61700 manatını dələduzluq yolu ilə talayıb.
Faktla bağlı E.Babazadə barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Onun əməllərindən zərərçəkmiş başqa vətəndaşlar DİN-in 102 Zəng-Mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Polis saxta generalı dələduzluğa görə saxlayıb
Özünü general kimi təqdim edərək 61 min manatı talamaqda şübhəli bilinən şəxs həbs olunub
Vətəndaşların pullarını mənimsəyən şəxs saxlanıldı
Zərdabda dələduzluqla vətəndaşların pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb
Azyaşlı qızını evləndirmək istəyən ata həbs edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













