Dövlət Komissiyasının 2025-ci ilə dair İş Planı təsdiq edilib
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci ilə dair İş Planı təsdiq edilib.
Bu barədə "Report"a Komissiyadan məlumat verilib.
Bildirilib ki, Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədr müavini tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə, o cümlədən antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunmasına dair Dövlət Komissiyasının 2025-ci ilə dair İş Planı təsdiq edilib və aidiyyəti üzrə icraya yönəldilib.
Qeyd olunan İş Planının elektron forması saytın sənədlər bölməsində yerləşdilib.
Oxşar xəbərlər
Сari ilin 11 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 min 549 cinayət faktı aşkarlanıb
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib
Bu ilin iki ayı ərzində 39 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşib
FHN-in Tibb xidməti seminarlar keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













