Göygöldə minik maşını dirəyə çırpılıb, xəsarət alan var - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
mar
2025
21:50

Göygöldə minik maşını dirəyə çırpılıb, xəsarət alan var - FOTO

29 mar, 2025
21:50
716

Göygöldə minik maşını dirəyə çırpılıb, xəsarət alan var - FOTO

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunda, Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

"Mercedec" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ışıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2004-cü il təvəllüdlü N.Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtomobilə və elektrik təsərrüfatına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın