Beyləqanda traktor və minik avtomobili toqquşub
sizinxeber.az xəbər saytı

Beyləqanda traktor və minik avtomobili toqquşub


Beyləqanda traktor və minik avtomobili toqquşub.

APA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Beyləqan-Daşburun avtomobil yolunun Əlinəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "LADA Niva" markalı minik avtomobili traktorun aqreqat qoşqusuna çırpılıb. Nəticədə bir nəfər xəsarət alıb. Yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 1 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1944-cü il təvəllüdlü şəxsə bazu sümüyünün aşağı ucunun mil-dirsək sümüyünün yerdəyişmiş açıq sınığı diaqnozu qoyulub.

Vətəndaş müayinə və müalicədən imtina edərək yaxınları tərəfindən paytaxtdakı özəl tibb müəssisələrinin birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Beyləqanda minik avtomobili ilə motosiklet toqquşub
Beyləqanda avtomobil kanala düşüb, iki nəfər xəsarət alıb
Salyanda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
Beyləqanda yol qəzasında altı nəfər xəsarət alıb - YENİLƏNİB
Ucarda minik avtomobili mikroavtobusla toqquşub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle