Yevlaxda silah-sursat saxlamaqda şübhəli bilinən şəxs həbs edilib
sizinxeber.az xəbər saytı

Yevlaxda silah-sursat saxlamaqda şübhəli bilinən şəxs həbs edilib


Yevlaxda qanunsuz olaraq silah-sursat əldə edən şəxslərin saxlanılması istiqamətində növbəti tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Sizinxeber.az"a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon sakini Məlik Abdullayev şübhəli şəxs kimi saxlanılıb. Ondan "AKM" modelli avtomat, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı tapdığını və polisə təhvil verməyərək gizlətmək məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

İllər öncə quldurluq edən şəxslər saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda narkotikin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə 16 silah və sursat aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə xeyli silah-sursat aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəx saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər