sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ağdamda avtomat gizlədən şəxs saxlanılıb
Ağdamda polisin keçirdiyi əməliyyat zamanı silahlı şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Ehtiram Hüseynov idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə baxış zamanı "AK" markalı avtomat, 1 patron darağı, 29 patron və 1 süngü bıçaq aşkarlanaraq götürülüb. O, silahı bir müddət əvvəl taparaq həyətyanı sahəsində gizlədib, daha sonra gizlətdiyi yeri dəyişmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb
Bərdədə avtomat satmaq istəyən şəxs həbs edilib
Xaçmazda gizlədilən avtomat tapılıb
Siyəzən sakinində avtomat aşkarlanıb
Şabran sakinində xeyli silah-sursat aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













