“Neft Daşları”nda kran dənizə düşüb, ölən var
sizinxeber.az xəbər saytı

“Neft Daşları”nda kran dənizə düşüb, ölən var


“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb.

SOCAR-ın “Azneft” İstehsalat Birliyi məlumatı APA-ya təsdiqləyib.

Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.

Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.

Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.

Oxşar xəbərlər

“Azneft” İB-nin dərin dəniz özülündə yanğın baş verib, ölən var
"Azneft": "Neft Daşları” - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - EKSKLÜZİV
“Azneft” İB-in "28 May” Neft Qaz Çıxarma İdarəsində yanğın olub, ölən var
“Azneft” İB: “Neft Daşları” - Dübəndi neft xəttində sızma aradan qaldırılıb
“Azneft” İB-in "28 May” Neft Qaz Çıxarma İdarəsində yanğın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər