

Göyçayda otlaq sahəsində başlayan yanğın kəndə keçib, bir ev yanıb
Göyçay rayonunda yanğın hadisəsi baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Müskürlü kəndində qeydə alınıb.
Belə ki, otlaq və örüş sahəsi arasında başlayan yanğın daha sonra kəndə doğru irəliləyib. Kəndin ətrafındakı ağaclar və otlaq sahələri yanıb. Yanğın daha sonra kəndin içərisində yerləşən evlərdən birinə keçib. Nəticədə vətəndaşa məxsus birmərtəbəli ev bütün əşyaları ilə birlikdə yanaraq kül olub.
Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay bölməsinin əməkdaşları tərəfindən alov söndürülüb və yanğının digər evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verməsi araşdırmaların sonunda məlum olacaq.
Oxşar xəbərlər
Goranboyda 9 otaqlı ev yanıb
Bakıda kafedə yanğın baş verib - YENİLƏNİB
Şəkidə təmirə gələn avtomobil yanaraq yararsız hala düşüb
Şəmkirdə 3 otaqlı ev yanıb - FOTO
Şəmkirdə yük avtomobili yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb: XİN reaksiya verir
-
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
-
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
-
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
-
ABŞ husilərin Sənadakı mövqelərinə 21 zərbə endirib
-
Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verildi
