sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Göygöldə yük maşını evin hasarına çırpılıb, xəsarət alan var - FOTO
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "SHACMAN" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Qəza zamanı yük maşını aşıb, yük yerində olan torqaq əraziyə dağılıb. Həmçinin, evin hasarı uçub. Yük maşının evin hasarına çırpılması zamanı 1 nəfər yüngül xəsarət alıb.
İlkin məlumata görə, qəzaya səbəb sürücün sərt döngədə düzgün manevir etməməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə yük maşını dərəyə aşıb, xəsarət alanlar var
Şəmkirdə minik maşını ağaca çırpılıb, sürücü ağır xəsarət alıb
Göygöldə yük maşını qəza törədib, xəsarət alanlar var
Göygöldə yük qəza törədib, xəsarət alanlar var
Göygöldə yük maşını qəza törədib, xəsarət alanlar var - FOTOLENT - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













