Ordubadda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib, 90 yaşlı kişi ölüb
Ordubadda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib, 90 yaşlı kişi ölüb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə ötən gecə rayonun Ağrı kəndində baş verib.
Məlumata görə, 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı dəm qazından (qaz sobasından) zəhərləniblər.
Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
S.Bağırov orada vəfat edib, onun həyat yoldaşı M.Bədəlova isə reanimasiya şöbəsində müalicə alır.
Digər iki şəxs isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib
Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
Goranboyda iki nəfər dəm qazından zəhərlənərək ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
