Talqat Lastayev: AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı texniki ekspertizalar aparılır
AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar çərçivəsində mütəxəssislər texniki ekspertizalar aparır, hökumət orqanları onların nəticələrini gözləyir.
“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.
"Hazırda ekspertizalar aparılır. Müəyyən texniki ekspertizalar vaxt aparır. Biz onların nəticələrini gözləyirik", - o deyib və əlavə edib ki, təyyarə qəzasını araşdıran müxtəlif ölkələrdən olan ekspertlər bir-biri ilə daim əlaqə saxlayırlar.
Lastayev qeyd edib ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabatda əks olunmuş məlumatdan artıq artıq şərh verə bilməz. O, təyyarə qəzasının araşdırılması üzrə komissiyanın bu ilin sonuna qədər təqdim ediləcək yekun hesabatını gözləməyi xahiş edib.
"Düşünürəm ki, bu iş çərçivəsində heç bir sirr yoxdur. Bu qəzanın araşdırılmasına görə məsul olan ölkə kimi, bizim üçün məhz obyektivlik və şəffaflıq ön plandadır. Bu, gələcəkdə belə vəziyyətlərin təkrarlanmaması üçün araşdırmanın aparılması zaman rəhbər tutulan prinsiplərdir", - nazir müavini qeyd edib.
Oxşar xəbərlər
Lastayev: Qəzaya uğramış AZAL-a məxsus təyyarənin pilotlarının danışıqlarının stenoqramları bütün tərəflərdədir
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabat dekabra qədər təqdim ediləcək
Qazaxıstan AZAL-ın qəza təhqiqatı hesabatını ilin sonuna qədər tamamlamağı planlaşdırır
Qazaxıstanın AZAL-ın təyyarə qəzasını araşdıran komissiyası ilkin nəticələri 30 gündə açıqlayacaq
Peskov: Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













