Taleh Qaraşov ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsdən şikayətçi olmayıb
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində tanınan Taleh Qaraşovun məhkəməyə ərizə göndərdiyi bildirilib.
T. Qaraşov, ərizədə təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirib.
Təqsirləndirilən şəxsin vəkili Nüşabə Ağayeva zərərçəkənin barışıqla bağlı mövqeyinin öyrənilməsi məqsədilə dindirilməsini istəyib.
Taleh Qaraşovun dindirilməsi və barışıqla bağlı fikrinin öyrənilməsi üçün iclas martın 4-nə təxirə salınıb.
Xatırladaq ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur.
Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
"Silahın xaricdən alınacağı, hətta qumbara təşkil olunacağı deyildi"- Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsin məhkəməsi
Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsin məhkəməsi davam etdirilib
Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və ifadə vermək istəməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
-
Nquyen Tiyen: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafından məmnunam
