Saatlıda vətəndaşların 30 min manatını mənimsəmiş şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Saatlıda vətəndaşların 30 min manatını mənimsəmiş şəxs saxlanılıb


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Cavid Dadaşov saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, həmin şəxs dörd nəfər rayon sakininin etibarından istifadə edərək onlara yüksək gəlirli işlə təmin olunmalarında, avtomobil almalarında, eləcə də xarici ölkələrdə müalicə olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30000 manatdan artıq pulunu ələ keçirib.

C.Dadaşov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Oxşar xəbərlər

Şirvanda dələduzluq edən şəxs həbs edilib
Xəstəlik və əlillik təqaüdləri veriləcəyi vədi ilə 4 nəfərin 30 min manatı ələ keçirilib
Ev satmaq adı altında 40 min manatı ələ keçirməkdə şübhəli bilinən şəxs həbs olunub
Sabirabadda 135 min manatı ələ keçirməkdə ittiham olunan şəxs həbs edilib
Mingəçevirdə 165 min manatlıq dələduzluq edən şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle