DYP mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
sizinxeber.az xəbər saytı

DYP mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib


Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə "Report"a İdarədən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürür.

"Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur".

DYP əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırır.

Oxşar xəbərlər

Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
DYP qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
DYP qeyri-sabit hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle