Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın şübhəli bilinərək saxlanılıb
sizinxeber.az xəbər saytı

Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın şübhəli bilinərək saxlanılıb


Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın şübhəli bilinərək həbs edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələr aşkarlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edən Leyla Musayeva saxlanılıb. Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metodon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Biləsuvarda qadın 3 kq narkotiklə tutulub - VİDEO
Bərdədə 4 kiloqram marixuana aşkarlanıb
Füzuli sakinindən 3 kiloqram narkotik aşkarlanıb
Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb
Keçmiş məhkumdan narkotik vasitələr götürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle