İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
sizinxeber.az xəbər saytı

İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb


Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.

DİN-dən "Sizinxeber.az"a bildirilib ki, tədbir zamanı Masallı rayon sakini Faiq Gözəlov Hacıqabul rayonu ərazisində saxlanılıb. Ondan 12 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib.

F.Gözəlov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Yaşar” adlı şəxsin göstərişi ilə əldə etdiyini bildirib. O, narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Şirvanda saxlanılan narkokuryerdən 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Bakıda əməliyyat: külli miqdarda narkotik aşkarlanıb - VİDEO
Qəbələdə narkokuryerlik edən dostlar saxlanılıb
Xaçmazda əməliyyatlar zamanı 6 nəfər saxlanılıb 
Bakıda “Prius” sürücüsü narkokuryerliyə görə saxlanılıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər