Şirvan sakini qonşusunu bıçaqlayıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şirvan sakini qonşusunu bıçaqlayıb - YENİLƏNİB


Şirvan şəhər sakini Cəmaləddin Məmmədzadə aralarında yaranmış mübahisə zəminində tanışı Amid Əliyevə kəsici-deşici alətlə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sizinxeber.az-ın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, C.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

***

18 yanvar, saat 23.40

Şirvan sakini qonşusu tərəfindən bıçaqlanıb.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri İ. Qayıbov küçəsində baş verib.

Aralarında mübahisə yaranmış mübahisə zəminində Şirvan sakini, 1984-cü il təvəllüdlü Əliyev Amid Xanzalı oğlu qonşusu tərəfindən bıçaqlanıb.

Bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan yaralı Şirvan xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şirvan şəhər sakini qonşusunu bıçaqlayıb
Şirvanda 28 yaşlı gənci bıçaqlayan saxlanılıb - YENİLƏNİB
Sabirabadda 15 yaşlı yeniyetmə bıçaqlanıb
Şirvanda 75 yaşlı kişini avtomobil vuraraq öldürüb - YENİLƏNİB
Şirvanda 28 yaşlı gənc bıçaqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər