Bərdədə avtomobil qaz xəttinə çırpılıb, 3 nəfər yanıq xəsarəti alıb - YENİLƏNİB
Bərdə rayonunun Mollaisalar kəndində “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı qaz borusuna çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası zamanı 3 nəfər yanıq xəsarəti alıb.
Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub, yanğın söndürülüb.
Bərdə rayonu Mollaisalar kəndi ərazisində avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatında fasilə yaranıb.
"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, “Hyundai Accent” markalı minik avtomobili yanvarın 13-də gecə saatlarında hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb.
Qəza nəticəsində qaz xəttində baş verən yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Məlumata əsasən, qəza nəticəsində 108 mm-lik qaz xəttinə, həmlinin Qaz Tənzimləyici Məntəqəyə ziyan dəyib. Nəticədə Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkarlar kəndlərinə qazın verilişi dayanıb.
Hazırda qaz təchizatının bərpası üçün işlər davam edir.
Oxşar xəbərlər
Bərdədə avtomobil qaz borusuna çırpılıb, 3 nəfər yanıq xəsarəti alıb
Masallıda minik avtomobili dəmir maneəyə çırpılıb, bir nəfər xəsarət alıb
Bakıda minik avtomobili dəmir maneəyə çırpılaraq yanıb
Bakıda iki avtomobil toqquşub, yanğın baş verib
Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
