Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb - FOTOLENT
sizinxeber.az xəbər saytı

Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb - FOTOLENT


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə 31 yaşlı Mirilyas Ağayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, ondan ümumilikdə 3 kiloqram marixuana və metamfetamin, həmçinin 144 ədəd metadon həbi aşkarlanıb. M.Ağayevin narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Lerikdə saxlanılan narkokuryerdən 10 kq narkotik aşkarlanıb
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxslər saxlanılıblar
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb
Yardımlıda narkokuryer qohumlar saxlanılıblar
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər