Maştağada istixanadan 10 min manatlıq elektrik avadanlıqları oğurlayanlar saxlanılıb
Martın 22-də Maştağa qəsəbəsində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinə (PŞ) məlumat daxil olub.
DİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırmalar aparılır.
O.Rüstəmov, R.Cəfərov və E.Xıdırovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Zabratda gözəllik salonundan 17 min manatlıq aparat oğurlanıb - VİDEO
Lökbatanda yük maşınından 6400 dollar oğurlanıb
On min manatlıq oğurluq edən şəxslər tutulub
Sabunçuda axtarışda olan silahlı şəxs saxlanılıb
Bakıda ticarət mərkəzindən oğurluq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












