sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu polis Ağstafada ifşa edib
Sosial şəbəkələrdə naməlum şəxslərin bir nəfərə qarşı xuliqanlıqla işgəncə verməsini əks etdirən görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə görüntüdə əks olunan şəxslər müəyyən olunublar. Cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Şəmkir Nəsibov və onun oğlu 19 yaşlı Turan Nəsibli saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla həmin şəxslərə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
İnsident törədən idmançılar saxlanılıb, cinayət işi başlanıb
Sabirabadda 12 yaşlı qızını nikaha daxil olmağa məcbur edən ata həbs edilib
Bakıda 22 il əvvəl törədilmiş qətlin üstü açılıb
Evdən içində 130 min dollar və 700 qram qızıl olan seyfi oğurlayıb, Azərbaycandan çıxmaq istəyən Çin vətəndaşları tutulub
Dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirən sayt rəhbəri həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













