"Baku Bus"a məxsus avtobus motosikletçini vurub - FOTO
sizinxeber.az xəbər saytı

"Baku Bus"a məxsus avtobus motosikletçini vurub - FOTO


Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası Xocalı prospektində qeydə alınıb.

Belə ki, "Baku Bus" MMC-yə məxsus 21 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolayrıcından keçərkən motosikletlə toqquşub.

Hadisə zamanı motosikletçi avtobusun təkəri altında qalıb, komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtobusun sürücüsü şok vəziyyətindədir.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Oxşar xəbərlər

Göygöldə iki maşın toqquşub, ölən və xəsarət alanlar var
Biləsuvarda iki yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var
Bakının zəncirvari yol-nəqliyyat hadisəsi baş verib - FOTO
Bakıda gənc oğlanı avtomobil vurub
Tovuzda kürəkən qayınatasını bıçaqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər