Vilyam Hacıyevin kassasiya şikayəti üzrə məhkəmə başlayıb
İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin vəkilinin iştirak etmədiyi bildirilib. Bu səbəbdən iclas qeyri-müəyyən müddətə təxirə salınıb.
Xatırladaq ki, Vilyam Hacıyev keçən il barəsində olan hökmlə bağlı kassasiya şikayəti vermiş, daha sonra geri götürmüşdü.
Qeyd edək ki, bundan əvvəl V.Hacıyevin ailə üzvləri müsadirə edilmiş əmlakları ilə bağlı Ali Məhkəməyə müraciət edib. Məhkəmə müsadirə qərarını qanunauyğun hesab edərək qüvvədə saxlayıb.
Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, onun yaxınlarının adına rəsmiləşdirilmiş beş milyon manat dəyərində əmlak da müsadirə edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.
Oxşar xəbərlər
Abşeron RİH-in sabiq əməkdaşının məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
NİİM sürücü və sərnişinlərə müraciət edib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucov və digərlərinin şikayəti üzrə məhkəmə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov son söz deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












