Xaçmazda 76 yaşlı kişi hovuzda ölüb
sizinxeber.az xəbər saytı

Xaçmazda 76 yaşlı kişi hovuzda ölüb


Xaçmaz rayonunun 4-cü şöbə yaşayış massivində yerləşən mineral su hovuzunda ölüm qeydə alınıb.

"Report"un Şimal bürosunun məlumatına gorə, müalicə məqsədilə hovuzda dincələn 1948-ci il təvəllüdlü Myakuş Vladimir Aleksandr oğlu qəfil huşunu itirib.

Yaxınlıqdakı insanların köməyi ilə hovuzdan çıxarılan V.Myakuşun öldüyü məlum olub.

Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Xaçmazda 53 yaşlı qadının meyiti tapılıb
Xaçmazda yol qəzasında ölən piyadanın şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB
Xaçmaz rayonunda yol qəzasında piyada ölüb, sərnişinlər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər