Bakıda qanunsuz yaşayan 92 əcnəbi saxlanılıb
sizinxeber.az xəbər saytı

Bakıda qanunsuz yaşayan 92 əcnəbi saxlanılıb


Bakıda qanunsuz yaşayan 92 əcnəbi saxlanılıb.

DİN-dən APA-ya verilən xəbərə görə, bu ilin noyabr ayı ərzində Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının Bakı şəhərində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycanda olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 92 əcnəbi vətəndaş saxlanılıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.

Qeyd edək ki, 2024-cü ilin 11 ayı ərzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 531 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər

Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb - VİDEO
Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis tərəfindən saxlanılıb - VİDEO
Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb
Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb
Qanunsuz miqrasiya ilə bağlı 34 əcnəbi saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər