Qubada yol qəzası olub, xəsarət alan var
sizinxeber.az xəbər saytı

Qubada yol qəzası olub, xəsarət alan var


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonunun Digah kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən “Report”a verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan şəxs deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Oxşar xəbərlər

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda iki “KamAz” toqquşub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağsuda “Kamaz” yol kənarına aşıb, bir nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Masallıda minik avtomobili dəmir maneəyə çırpılıb, bir nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər