Bakıda iki “KamAz” toqquşub, xəsarət alan var
sizinxeber.az xəbər saytı

Bakıda iki “KamAz” toqquşub, xəsarət alan var


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

“Report” xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KamAz” markalı yük avtomobili digər “KamAz” markalı yük avtomobili ilə toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

Ağsuda “Kamaz” yol kənarına aşıb, bir nəfər xəsarət alıb
Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var
Masallıda minik avtomobili dəmir maneəyə çırpılıb, bir nəfər xəsarət alıb
Füzulidə yük avtomobili maneəyə çırpılıb, ölən var
Hacıqabulda traktor aşıb, ölən var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər