"Şlyapa Zahid" barəsində hökm qüvvədə saxlanılıb
Müdafiə Nazirliyinin hazırda başqa cinayətə görə məhkəməsi gedən məşhur sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) əvvəlki hökmündən verdiyi şikayətə baxılıb.
“Report”un xəbərinə görə, “Şlyapa Zahid” kimi tanınan Zahid Niftəliyev barəsindəki 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə ilə bağlı qərardan kassasiya şikayəti verib.
Ali Məhkəmədə İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevin barəsindəki hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Z. Niftəliyev külli miqdarda rüşvət almaqda ittiham edilib. Tərtər Hərbi Məhkəməsi isə onun əməlini daha yüngül maddəyə tövsif edib. Hökmə əsasən, Niftəliyev 10 min manat cərimə cəzasına məhkum edilib.
Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış yeni cinayət işi üzrə Zahid Niftəliyev həbs edilib. Gəncə Apellyasiya Məhkəməsinin yeni qərarı ilə isə “Şlyapa Zahid” 8 il 6 ay, onunla birgə ittiham olunaraq əvvəlki məhkəmədə bəraət alan "N" saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev 8 il azadlıqdan mərhum edilib.
İttihamları nə “Şlyapa Zahid”, nə də Elsəvər Niftəliyev qəbul edir. Hər ikisi bəraət tələbi ilə Ali Məhkəməyə müraciət ediblər.
Qeyd edək ki, Zahid Niftəliyev DTX tərəfindən tutulduğu iş üzrə 42 milyon manat mənimsəmədə ittiham olunur. Hazırda həmin işlə bağlı məhkəmə araşdırması aparılır.
Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.
Oxşar xəbərlər
Bank "Şlyapa Zahid"ə qarşı 24 milyon 234 min manatlıq mülki iddia qaldırıb
“Şlyapa Zahid” 42 milyon manatlıq yeyinti ilə bağlı: Nəcməddin Sadıkov dedi ki, Fazil Məmmədov kömək edəcək
"Şlyapa" Zahid: Vicdansızlar adıma kredit götürüb mənimsəyiblər
Nəcməddin Sadıkovun yaxın adamının işi məhkəmədə: 42 milyon necə mənimsənilib?
“Nəcməddin Sadıkov kimilər üstümə şər atıblar" - "Şlyapa Zahid"in məhkəməsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tiktoker “Roşka” yenidən həbs edildi
-
İsrafil Məmmədov: “Yaşıl enerji" və rəqəmsal infrastruktura investisiyalar planlaşdırılır” - MÜSAHİBƏ
-
“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb
-
HP: Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasında nöqsanlar aşkarlanıb
-
ARDNF-in icraçı direktoru: "Rusiyanın "VTB Bank"ı 2021-ci ildən dividend ödəmir"
-
Hesablama Palatası: Dövlәt Ehtiyatları Agentliyi vergidәn yayınıb