Ağdərədə 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
sizinxeber.az xəbər saytı

Ağdərədə 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib


Ağdərə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun əldə etdiyi xəbərə görə, "Mitsubishi" markalı minik avtomobilinin aşması nəticəsində 4 nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb.

Qəzada həyatını itirənlər Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğludur.

Zülfüqarov İlkin Qurban oğlu isə ağır vəziyyətdə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var
Sabirabadda baş vermiş qəza 3 nəfərin həyatına son qoyub - YENİLƏNİB
Bərdədə ölümlə nəticələnən qəza baş verib
Kürdəmirdə yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər