

Yardımlıda mağazalardan 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb
Yardımlı rayonunda mağazalardan 4500 manat dəyərində oğurluq edən şəxs saxlanılıb.
"Report"un Cənub bürosunun məlumatına görə, Yardımlı şəhəri ərazisində yerləşən bir market və bir geyim mağazasından gecə saatlarında ümumilikdə 4500 manat dəyərində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 53 yaşlı İlqar Məmmədov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, İ.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Yardımlıda bir gecədə 2 mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb
Cəlilabadda qonaq qaldığı evdən oğurluq edən şəxs saxlanılıb
Cəlilabadda iki min manatlıq noxud oğurlayan şəxs saxlanılıb
Bakıda evlərdən 15 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Oğurladığı 4500 manatı mobil oyunlara xərcləyən Cəlilabad sakini saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Səudiyyə Ərəbistanı təxminən 142 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb
-
Rəsmi Ankara Türkiyədə keçiriləcək Rusiya - Ukrayna müzakirələrinə ümidlə yanaşır
-
Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olub
-
Azərbaycanla CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb
-
Zelenski: Trampın Türkiyədəki danışıqlarda iştirakı Putinin iştirakı üçün təkan olacaq
-
Tramp ticarət sazişinə görə Si Tszinpinlə görüşə bilər
