FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirib, 19 qayığın istismarına qadağa qoyulub
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 2024-cü il üçün kiçikhəcmli gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq nəzarət tədbirlərini davam etdirir.
Bu barədə "Sizinxeber.az"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Xidmət tərəfindən Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində, həmçinin Şəmkir və Mingəçevir su anbarlarının sahillərində kiçikhəcmli gəmilərə texniki baxış keçirilib. Baxış zamanı gəmilərin texniki sənədləri, onların yük və sərnişingötürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, xilasetmə və yanğın əleyhinə vasitələr, naviqasiya və digər avadanlıqlarla təchizatı yoxlanılıb.
Qeyd edək ki, texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 75 qayığın sahibindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən sözügedən vasitələrinin sahiblərinə üzməyə icazə verən texniki talon təqdim olunub, tələblərə cavab verməyən 19 qayığın isə istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib.
Hazırda FHN tərəfindən kiçikhəcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir.
Oxşar xəbərlər
Texniki baxış mərkəzləri şənbə və bazar günləri də xidmət göstərir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda gəmilərə Beynəlxalq Dəniz Təşkilatı ilə bağlı tələb qoyulub
Beyləqanda uşaq kanalda batıb
Abşeron magistral su kanalından meyit tapılıb
Qusarda su kanalında batan şəxsin meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













