Ağstafada yolun buz bağlaması nəticəsində 10-dan çox maşınlar toqquşub, 2 Türkiyə vətəndaşı xəsarət alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ağstafada yolun buz bağlaması nəticəsində 10-dan çox maşınlar toqquşub, 2 Türkiyə vətəndaşı xəsarət alıb - YENİLƏNİB


Bakı – Qazax – Gürcüstan magistral yolunun Ağstafa rayonundan keçən hissəsində yolun buz bağlaması nəticəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində iki Türkiyə vətəndaşı – 1970-ci il təvəllüdlü Bekar Atəş Asan oğlu və 1990-cı il təvəllüdlü Ramazan Taş Abdulla oğlu xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

Qeyd edək ki, yolun buz bağlaması səbəbindən baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində 3 TIR tipli yük avtomobili aşıb, 10-dan çox yük maşını isə toqquşub.

00:52

Yanvarın 27-si axşam saatlarında Bakı – Qazax – Qırmızı körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə sonuclanan yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report”un Qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlayıb.

Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanaların birinə göndərilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB- 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər