Lənkəranda Veravulçay daşıb, təsərrüfatlara ziyan dəyib - FOTO
sizinxeber.az xəbər saytı

Lənkəranda Veravulçay daşıb, təsərrüfatlara ziyan dəyib - FOTO


Lənkəranda son günlər yağan intensiv yağışlar Veravulçayın daşmasına səbəb olub.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, sel səbəbindən rayonun Vilvan kəndində 10 yaxın ailənin yaşadığı evlər üçün təhlükəli vəziyyət yaranıb, eləcə də sel suları sakinlərin təsərrüfatlarına da xeyli ziyan vurub.

Təbii fəlakət nəticəsində meyvə bağlarını, istilikxanaları sel aparıb, bəzi yerlərdə torpaq yuyulub.

Ərazidə yaranan vəziyyətlə bağlı Lənkəran rayon Su Meliorasiya İdarəsi tərəfindən həyətyanı sahələrə baxış keçirilib. Mövcud vəziyyət nəzərdən keçirilib və əraziyə ağır texnikalar cəlb olunub. İdarənin mütəxəssisi Ayıq Əliyev bildirib ki, ötən il də idarə tərəfindən çayda məcradəyişmə işləri görülüb, lakin yağıntının çox olmasına görə görülən işləri sıradan çıxarıb.

Qeyd edək ki, bu günə kimi Veravulçayın Vilvan və Veravul kəndlərindən keçən hissəsində sağ və sol sahilində 2800 paqonmetr uzunluğunda betondan mühafizə divarı tikilib.

Oxşar xəbərlər

Lənkəranda sel körpünü aparıb, dörd kəndin sakinləri çətinliklə üzləşib - FOTO
Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - FOTO - VİDEO
Leysan yağışları Şəkinin bir sıra kəndlərində fəsadlar törədib
Lənkəranda avtomobil ağaca çırpılıb, xəsarət alan var - FOTO
Lənkəranda ustalar hündürlükdən yıxılıb, biri ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər