DİN Mingəçevirdəki yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB-2
Dekabrın 20-si saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində piyadalardan biri - 2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən və xəsarət alan piyadaların kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, dünyasını dəyişən piyada, Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Nazlı Hüseynova, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən digər piyada isə Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü İ.Sadıqzadədir.
N.Hüseynova Mingəçevirdə kollecdə təhsil alırmış.
Qeyd edək ki, Mingəçevir şəhər Müslüm Maqomayev prospektində qeydə alınıb. "Mercedes" markalı avtomobil 2 piyadanı vurub.
Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil iki piyadanı vurub. Onlardan biri aldığı xəsarətlərdən dünyasını dəyişib.
Digər zərərçəkən isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şirvanda yol qəzası olub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binədə ağır yol qəzasında iki nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə sakini intihar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












