Qərb bölgəsinin dağlıq rayonlarında avtomobillərin hərəkətində qismən çətinlik yaranıb
sizinxeber.az xəbər saytı

Qərb bölgəsinin dağlıq rayonlarında avtomobillərin hərəkətində qismən çətinlik yaranıb


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Qərb bölgəsinin ucqar rayonlarının avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün qabaqlayıcı tədbirlər görən aidiyyəti qurumlar öz işlərini davam etdirirlər.

Belə ki, Gəncə-Daşkəsən avtomobil yolunun Daşkəsən rayon ərazisindən keçən hissəsində Yol İdarəsinin əməkdaşları tərəfindən yola duzla qarışıq qum səpilir.

Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımı adlanan hissəsində də təhlükəsizliyi təmin etmək üçün analoji işlər aparılır.

Kəskin hava şəraiti və qarın yağması səbəbindən bu yolda hərəkət edən nəqliyyat vasitələrinin sayı azalıb.

Şəmkir-Yeni Göyçə və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarında da aidiyyəti qurumların əməkdaşları tərəfindən avtomobillərin hərəkətində çətinliklərin olmaması istiqamətində işlər davam etdirilir.

Hava şəraiti səbəbindən yollarda yaranmış çətinliklər nəzərə alınaraq sürücülərin təhlükəsiz mənzil başlarına çatması üçün Dövlət Yol Polisinin əməkdaşları da ərazilərə cəlb olunub, lazımı tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yağıntılı hava şəraiti nəticəsində hələ ki, qazın və elektrik enerjisinin verilməsində ciddi fəsadlar qeydə alınmayıb.

Oxşar xəbərlər

Gəncədə güclü külək əsir, bəzi ərazilərdə enerjinin verilişi dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatala və Balakəndə evləri sel suları basıb, dörd körpü yararsız haldadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bu tarixdən hava kəskin dəyişəcək XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir neçə rayona 10 santimetrdən çox qar yağıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dağlara qar yağıb, güclü külək əsib - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər