Bakıda daha bir sürücü diqqətsizliyi dəmiryol xəttində qəzaya səbəb olub
Bakıda sürücü diqqətsizliyi növbəti dəfə dəmiryol xəttində qəzaya səbəb olub.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq ADY-dən bildirilib.
Qeyd olunub ki, bu gün saat 02:30-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.
İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar, yaralılar xəstəxanaya yerləşdiriliblər.
ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır: "Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar".
Oxşar xəbərlər
Bakıda avtomobil qatara çırpılıb, ağır xəsarət alanlar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dəmiryol keçidlərində sürücü diqqətsizliyi qəzalara səbəb olub, 4 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Tovuzda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda avtomobil qatara çırpılıb, ağır xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şabranda yük maşını körpüdən dəmir yolu xəttinə aşıb, iki nəfər ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












