Gəncədə intensiv yağışlar ciddi fəsadlar törədib 
sizinxeber.az xəbər saytı

Gəncədə intensiv yağışlar ciddi fəsadlar törədib 


Gəncə şəhər Məhsəti qəsəbəsində yağış suları küçələrə dolub, yollarda hərəkət çətinləşib.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında yağan güclü yağış Gəncə şəhərində bəzi küçələrdə fəsadlar törədib.

Şəhərin Məhsəti qəsəbəsində bir neçə küçəyə yağış suları dolub. Avtomobil və piyadaların hərəkətində çətinliklər yaranıb.

Şəhər ərazisində hazırda yağıntılı hava şəraiti müşahidə olunmur.

Hadisə ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin içməli su və çirkab su sistemlərinin yenidən qurulmasını hədəfləyən "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsinin Məhsəti qəsəbəsində də icrasından sonra mövcud problem öz həllini tapacaq.

Oxşar xəbərlər

Leysan Qərb bölgəsində fəsadlar törədib
Qərb bölgəsində leysan növbəti fəsadlar törədib
Daşkəsəndə leysan fəsadlar törədib, elektrik enerjisinin verilişində fasilə yaranıb
Gəncədə magistral yola yağış suları dolub, avtomobillərin hərəkətində çətinlik yaranıb
Əlverişsiz hava şəraiti bölgələrdə bir sıra çətinliklər yaradıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər