Qərb bölgəsində leysan növbəti fəsadlar törədib
Qərb bölgəsində günlərdir müşahidə olunan yağıntılı hava şəraiti növbəti fəsadlara səbəb olub.
“Report”un Qərb bürosunun məlumatına görə, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən və Göygöl rayonlarında leysan selə səbəb olub.
Sel suları ucqar kənd yollarına zərər vurub. Çaylar daşıb, sahələrə su dolub, əkin və biçənəklərə ziyan dəyib. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Xatırladaq ki, dağlıq rayonlarla yanaşı Gəncə şəhərində də leysan fəsadlarla səbəb olub, 30-a yaxın fərdi evin həyətinə yağış suları dolub, yollarda piyadaların və avtomobillərin hərəkətində qismən çətinlik yaranıb.
Bölgədə digər çaylarla yanaşı həmçinin Gəncəçay çayında da aramsız yağan yağışlar nəticəsində suyun səviyyəsi artıb.
Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.
Oxşar xəbərlər
Leysan Qərb bölgəsində fəsadlar törədib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə leysan fəsadlar törədib, elektrik enerjisinin verilişində fasilə yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatala və Balakəndə evləri sel suları basıb, dörd körpü yararsız haldadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə elektrik enerjisinin verilməsi bərpa olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












