Oğuzda yol qəzası olub, xəsarət alanlar var  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Oğuzda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB


Oğuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan sürücü 63 yaşlı Biləsuvar rayon sakini Məhəmməd Rəhmətov və iki nəfər də Səudiyyə Ərabistanı vətəndaşı 39 yaşlı Alamri Əhməd Hassan və 37 yaşlı Hakami Ali Qumayridir.

***

17:44

Oğuzda yol qəzası olub.

Sizinxeber.az-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Məhəmməd Rəhmətovun idarə etdiyi avtomobilin qarşısına iribuynuzlu heyvan çıxması səbəbindən qəza baş verib. Qəza zamanı sürücü M. Rəhmətov və avtomobildə olan, hələlik kimliyi məlum olmayan iki nəfər xarici vətəndaşın xəsarət aldığı bildirilir.

Hər üç şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Oğuzda yol qəzası olub, xəsarət alanlar var
Oğuzda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb
Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var
Oğuzda yol qəzasında xəsarət alan əcnəbilərin şəxsiyyəti məlum olub - YENİLƏNİB
Oğurda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle