Naxçıvanda yol-nəqliyyat hadisəsində 3 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda yol-nəqliyyat hadisəsində 3 nəfər yaralanıb


Naxçıvan şəhərində üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, şəhərin mərkəzi küçəsində baş verən hadisədə iki avtomobil toqquşub.

Nəticədə Naxçıvan şəhər sakinləri 1947-ci il təvəllüdlü Süleymanova Tamara Süleyman qızı, 1972-ci il təvəllüdlü Əliyeva Leyla Qərib qızı və 1983-cü il təvəllüdlü Qurbanova Jale Qərib qızı xəsarət alıblar. Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti sabitdir.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər

Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var
Bakıda yol qəzasında ana və oğlu xəsarət alıb
Bakıda avtomobil dayanacaqda gənc qızı vurub
Mingəçevirdə tələbəni avtomobil vuraraq öldürüb - YENİLƏNİB-2
DİN Mingəçevirdəki yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər