Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
okt
2024
02:50

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib

01 okt, 2024
02:50
912

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük avtomobili Qazax istiqamətində hərəkətdə olarkən yolun əks istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə 7 nəfər; Tofiq Maqber oğlu İbrahimov, Zeynal Teymur oğlu Məmmədov, Solmaz İbrahim qızı Məmmədova, Teymuraz Muraz oğlu Məmmədov, Elmira Əziz qızı Məmmədova, Təhminə Nadir qızı Abdullayeva və Solmaz Teymuraz qızı Abdullayeva müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

Bizimlə əlaqə saxlayın