ETX: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb
sizinxeber.az xəbər saytı

ETX: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb


Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində kiberdələduzların dövlət orqanlarına və müəssisələrə qarşı saxta e-poçt fişinq kampaniyası həyata keçirdiyi müəyyən olunub.

Elektron Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, kiberdələduzlar tərəfindən Dövlət Vergi Xidmətinin veb-saytına oxşar saxta portal yaradılaraq bu proses həyata keçirilib: "Nəticədə dələduzlar müəssisələrin və dövlət orqanlarının e-poçt ünvanlarına yaradılmış saxta keçidi göndərərək, zərərli faylın yüklənməsini təmin edirlər".

"Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı və rəsmi məlumatları yalnız etibarlı mənbələrdən əldə etməyi tövsiyə edir", - deyə məlumatda vurğulanıb.

Oxşar xəbərlər

İlham Əliyevin adından video müraciət yayıldı - Çağırış
Bu saytlarla kommunal ödənişlər etməyin! - Xəbərdarlıq
BDYP-dən saxta endirilmlərlə bağlı vətəndaşlara ÇAĞIRIŞ
İlham Əliyev Fərman imzaladı
Dövlət sərhədini pоzduqlarına görə 38 nəfər saxlanılıb - DSX

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər