Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb
sizinxeber.az xəbər saytı

Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb


Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Sizinxeber.az xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Belə ki, 28 yaşlı Şəmistan Məmmədov yolu keçərkən minik avtomobili onu vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Oxşar xəbərlər

Bakı sakinini avtomobil vurub
Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər