“Instagram”da 30-dan çox şəxsə “Formula-1"ə saxta bilet satan şəxs saxlanılıb - VİDEO
sizinxeber.az xəbər saytı

“Instagram”da 30-dan çox şəxsə “Formula-1"ə saxta bilet satan şəxs saxlanılıb - VİDEO


DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən “Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində “2024 Formula 1 Azərbaycan Qran-Prisi” yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilov saxlanılıb.

Müəyyən edilib ki, bu şəxs “Instagram” sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub. E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib.

Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

"“Formula 1 Azərbaycan Qran-Prisi”ni canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələri tövsiyə olunur", DİN-in məlumatında deyilir.

Oxşar xəbərlər

"Formula 1" üzrə Azərbaycan Qran-Prisinə saxta bilet satan şəxs saxlanılıb
Parisdə saxta Olimpiya medalları satan şəxs saxlanılıb
Formula 1 Azərbaycan Qran-Prisinin bütün biletləri satılıb
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar media akkreditasiya seminarı təşkil olunub
Son bir ayda Hacıqabulda narkotik satan 15 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər