Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - FOTO - YENİLƏNİB-1
Cəlilabad şəhərində ümumi sahəsi 338 m² ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 258 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yanğın zamanı 1 nəfər (uşaq) tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilib və onların köməyi ilə xəstəxanaya çatdırılıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
saat 15.23
Cəlilabad şəhərində yanan evdəki azyaşlı xilas edilərək rayon xəstəxanasına çatdırılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, digər azyaşlının evdə olması barədə ilkin məlumat təsdiqini tapmayıb, o, evdən kənarda olub.
Onu da qeyd edək ki, ana iki azyaşlı uşağı ilə həmin evdə kirayə qalıb. Ana işləmək üçün Cəlilabad rayonunun kəndlərindən birindən şəhərə köçüb.
***
saat 14.40
Cəlilabad şəhəri, Azərbaycan küçəsində fərdi yaşayış evi yanır.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanan evdə iki azyaşlı qalıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri uşaqların xilası üçün çalışır.
Oxşar xəbərlər
Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - FOTO - YENİLƏNİB
Neftçalada 4 otaqlı ev yanıb
Şabranda kolbasa sexi, Xaçmazda 6 boks yanıb
Bakıda saunada yanğın olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Tunisə qalib gələn Niderland qrupunu birinci sırada bitirib - YENİLƏNİB-6
